Mingəçevirdə avtomobil motosikletçini vurduqdan sonra idarəetmədən çıxaraq yol dairəsindəki maneələrə çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə Nizami küçəsində, Qələbə meydanında baş verib. Avtomobil motosikletçini vurub. Qəza zamanı ayaqları qırılan  və  müxtəlif bədən xəsarətləri  alan 2008-ci il təvəllüdlü Sənan Cahangirov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov