Zaqatala rayonunun Bazar kəndinin 58 yaşlı sakini Tərlan Əliyev ona məxsus bağda hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, bu zaman T. Əliyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib və o, hadisədən sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən T. Əliyevə hücum edən şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.