Rusiya prezidenti Vladimir Putin administrasiya rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Putin sərəncam verib.

Rusiya liderinin ən yaxın müttəfiqlərindən sayılan Kozakın bundan sonra biznes işləri ilə məşğul olacağı deyilir. Kozak Şimal-Qərb Federal Dairəsində Putinin elçisi vəzifəsinə namizədlərdən biri olub.