Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında baş verib. Hərəkətdə olan "Ford Tranzit "ilə "Qazel" markalı yük maşınları toqquşub. Qəza zamanı 1985-ci il təvəllüdlü H. Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov