“Putin məni ruhdan saldı”.

"Unikal"ın məlumatına görə, bu sözləri Birləşmiş Krallıqda olan ABŞ Prezidenti Donald Tramp Baş nazir Kir Starmerlə birgə mətbuat konfransında deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsində ölən rus əsgərlərinin sayı ukraynalı əsgərlərə nisbətdə çoxdur.

“Əgər mən o zaman Prezident olsaydım, bu müharibə baş verməyəcəkdi. Mən Prezident Putinlə Ukrayna haqqında danışdım. Bu, onun göz bəbəyi idi. Əgər o, ABŞ rəhbərliyinə hörmət duysaydı, heç vaxt bunları etməzdi”, - deyə Tramp bildirib.