Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ lideri Donald Trampın ölkəni Albaniya adlandırmasına münasibət bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, ABŞ prezidenti bəzən öz hərəkətlərinə yenidən baxır və bunu son tvitində göstərib.

Paşinyan öz səhvinə də toxunub və qeyd edib ki, hökumətin son iclasında iki hörmətli şəxsin adını qarışdırıb: "Onlar mənə dedilər ki, mən Vik Darçinyan əvəzinə Nşan Munçyan dedim, lakin bu o demək deyil ki, mən Vik Darçinyanı Nşan Munçyandan fərqləndirmirəm. Belə səhvlər olur, amma mən həmişə insanları fərqləndirirəm".

Ağarza Elçinoğlu