ABŞ-nin Pensilvaniya ştatında atışma olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ştatın polis komissarı Kristofer Parisin məlumatına görə,  atışmada 3 polis həlak olub. 

Hadisə York qraflığının Kodorus kəndində baş verib. Bildirilir ki, polis əməkdaşları naməlum şəxs tərəfindən atəşə məruz qalıblar.  İnsident zamanı iki zabit ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Silahlı şəxs isə öldürülüb. 

Hadisənin digər təfərrüatları açıqlanmayıb.