Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.
"Unikal" xəbər verir ki, Lukaşenko, həmçinin, rus dilini belarus dilindən qat-qat yaxşı bildiyini etiraf edib.
"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm. Allah eləməsin, biz dil məsələsini qızışdırmağa başlayaq, yoxsa problem olacaq. Bu, bizim dilimizdir. Əgər belarus dili rus dilindən geri qalırsa, bunu sakit şəkildə bildirməliyik ", - deyə o bildirib.
Onun sözlərinə görə, milli dilin qorunub-saxlanması rus dilinə qoyulan hər hansı məhdudiyyətlə əlaqələndirilməməlidir.