Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

"Unikal" bu barədə Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir.

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Ə.Nağıyev yarımfinala yüksələ bilməyib.

İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.