London meri Sadiq Xanın maaşı 5281 funt sterlinq artıb.
"Unikal" xəbər verir ki, bu, onun illik gəlirini 165,001 funt sterlinqdən 170,282 funt-sterlinqə yüksəldib. Bununla da merin aylıq məvacibi İngiltərə baş nazirin hazırkı gəlirindən 1000 funt-sterlinq çoxdur.
3,2% əmək haqqı artımı yerli hökumətlərin əmək haqqı səviyyələrinə yenidən baxılması ilə bağlıdır. Bu mexanizm isə təkcə ölkə daxilində icra işçilərinə şamil edilir.