İranın Əhvaz şəhərinin Pərdis rayonunda yaşayış binasında güclü partlayış baş verib.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.
Məlumata görə, partlayış barədə sakinlər tərəfindən təcili yardım xidmətinə məlumat verilib, bundan sonra yanğınsöndürənlər və xilasedicilər dərhal hadisə yerinə yola düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış o qədər güclü olub ki, dörd mənzilli bina tamamilə dağılıb.
İlkin araşdırmalara görə, partlayışa qaz sızması səbəb ola bilər.