İran İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıqda təqsirli bilinən vətəndaşını edam edib.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilir ki, Babək Şahbazi adlı şəxs Ali Məhkəmənin qərarından sonra edam edilib.
"İsrailin kəşfiyyat agentliyi "Mossad" dəfələrlə İranda casusluq, təxribat və terror əməliyyatları həyata keçirib. Babək Şahbazi də çox sayda kiberhücumlar, nüvə alimlərinin öldürülməsi və düşmən şəbəkələrə dəstək verib", - agentlik qeyd edib.
Gülayə Mecid