Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü V.Qənbərovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov