UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.
"Unikal" xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Velko Simiç və Kahim Parris vurublar.
"Sabah"ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.












































.jpg)









