F-35 təyyarələri məsələsi Türkiyə-ABŞ danışıqları üçün yeni deyil. Biz bunu daha əvvəl də müzakirə etmişik. Donald Tramp hər zaman sözünə sadiqdir. İnanıram ki, NATO liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar veriləcək.

"Unikal" xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında səsləndirib.

Regional sabitliyə yönəlmiş diplomatik səylərə toxunan Türkiyə Prezidenti İran-ABŞ münasibətlərini daha yaxşı səviyyəyə çatdırmaq üçün çalışdıqlarını qeyd edib. “Dünyada sülhə doğru addım atmaq üçün əlimizdən gələni etməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.

ABŞ-dən KAAN təyyarələri üçün mühərriklərin tədarükü məsələsini də müzakirə edəcəklərini deyən Türkiyə lideri ABŞ Prezidentinin bununla bağlı verdiyi vədi tədbirdə də təkrarlayacağına inandığını bildirib.