“Qəbələ” komandası Eduardo Kunde ilə yollarını ayırıb.

Klubdan "Unikal"a bildirilib ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm 27 oyunda meydana çıxıb.