Qızıl satışı adı ilə vətəndaşlara qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Şahidlərdən biri ifadəsində bildirib ki,Güzal Mamatovanı o dostu ilə tanış edərək onun qızıl işi ilə məşqul olduğunu deyib.

"Dostumu Güzalla tanış etdim özüm onların söhbətinə qarîşmadım.Sonradan bildim ki,12 min manatlıq qizil verib ona o da qizilları Lombarda verib. Sonrada biz gedib malın pulunu verib qızıllari Lombarddan göturdük".

Prosesdə ifadə verən digər şahid isə Güzal Mamatovaya 37 min manat dəyərində qızıl verdiyini bunuRn müqabilində isə pulunu ondan ala bilmədiyini desə də təqsirləndirilən onu ilk dəfə gördüyündən tanımadığını deyib və şahidi yalançı şahid adlandırıb.
Şahid ifadələri bitdikdən sonra sənədlər tədqiq olunub və məhkəmə istintaqının bitdiyi elan edilib.

Qeyd edək ki,Güzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışını həyata keçirdib və qızıl alverçiləri arasında tanınıb. 

Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılları Özbəkistanda satışını həyata keçirtməklə məşğul olub. O, bu yolla yarım milyon manata dək qızıl ziynət əşyalarını müstərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu