Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampı daşıyan Air Force One təyyarəsi Esenboğa Hava Limanına eniş edib.
"Unikal"ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında ABŞ liderini qarşılayıb.
Tramp onu qarşılayan türkiyəli hərbçiləri öz dillərində salamlayıb. Belə ki, o, hava limanında onun gəlişi üçün düzülən hərbçilərə "merhaba asker" deyib.
Qeyd edək ki, Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Ankaraya diplomatik heyətlə gəlib.
Ağarza Elçinoğlu
Tramp Türkiyə hərbçilərini öz dillərində salamladı: "Merhaba asker" https://t.co/MJ302iJ5Kw pic.twitter.com/1zAcO1hdBD
— Unikal.az (@UnikalOrgPortal) July 7, 2026




.jpg)

















.jpeg)

























.jpg)




