Kreml Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısın izləyir və Rusiyaya ünvanlanan açıqlamalar "olduqca qarşıdurma xarakterli"dir.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.  

Peskov Kremlin sammitdən gələn bütün məlumatları və xəbərləri yaxından izləyəcəyini bir daha qeyd edib.  Peskovun açıqlamaları NATO-nun müdafiə xərclərinin artırılması, çəkindirmə qabiliyyətlərinin gücləndirilməsi və Rusiyaya qarşı tətbiq olunacaq strategiyanın müəyyənləşdirilməsinin sammitin əsas gündəm maddələri arasında olduğu bir vaxta təsadüf edir.