Avropanın daha 10 il ABŞ-nin müdafiəsinə ehtiyacı var və Avropa NATO liderləri ABŞ prezidenti Donald Trampı uzaqlaşdırmamaq üçün diplomatiya tətbiq etməlidirlər.

"Unikal" xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken "Politico"ya verdiyi açıqlamada bildirib. 

Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-nin davamlı dəstəyi olmadan özünü müdafiə etməyə hələ hazır deyil, ona görə də avropalılar "amerikalıların onların tərəfində qalmasını istəyirlər". Nazir hesab edir ki, Avropanın hərbi potensialını artırmaq üçün "beş-on il" lazım olacaq və ABŞ hazırda bunu təşviq edir.

Belçika müdafiə nazirinin dediyi kimi, indi əsas məsələ Trampı qəzəbləndirməməkdir: "Bizə amerikalılar lazımdır, diplomatik olmalı, onların dediklərinə qulaq asmalı və güzəştə getməyə çalışmalıyıq". 

Gülayə Mecid