Belçika millisinin hücumçusu Romelu Lukaku ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında şəxsi rekordunu yeniləyib.
"Unikal" FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ABŞ ilə 1/8 final matçında fərqlənən 33 yaşlı futbolçu karyerasında ilk dəfə dünya çempionatında ardıcıl üç oyunda qol vurub.
Lukaku daha əvvəl Seneqal və Yeni Zellandiya millilərinə qarşı keçirilən görüşlərdə rəqib qapılarına yol tapmışdı.
Qeyd edək ki, ABŞ millisinə 4:1 hesabı ilə qalib gələn Belçika yığması 1/4 finalda İspaniyaya rəqib olub.










.jpg)


























.jpg)








.jpeg)




