İyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887 min 129, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 faiz artaraq 61 min 368 təşkil edib.

Dövlət Vergi Xidmətindən "Unikal"a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 faiz artıb və 242 min 208 olub.