"Qarabağ"ın futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubu ilə anlaşıb.
"Unikal" xəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Qlazqo təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.
İddiaya görə, "Seltik" bu keçid üçün "Qarabağ"a 3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Qarabağ" Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan 200 min avroya transfer etmişdi. 25 yaşlı vinger ötən mövsüm UEFA Çempionlar Liqasında 5 qol vurub.




















.jpg)

















.jpeg)



.jpg)














