"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiya təmsilçisi "Partizan" ilə qarşılaşıb.

Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" klubuna 1:2 hesabı ilə məğlub olmuşdu.