Xəbər verdiyimiz kimi, 29 iyunda Xarkovda tramvay dayanacağına edilən hava hücumu nəticəsində 23 yaşlı tələbə Fatimə Hüseynova həlak olub.
"Unikal" xəbər verir ki, Fatimənin rəfiqəsi, nigeriyalı məzun Nani Adaobi Merian dünənə qədər yaşamaq uğrunda mübarizə aparsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Merianın Xarkovda vəziyyəti sabitləşsə də, sonra Almaniyaya aparılmışdı.
Hər iki gənc Xarkov Milli Tibb Universitetində təhsil alırdı. Fatimə həkimlik təhsilini yenicə bitirmişdi və tramvay dayanacağında onu məzuniyyət mərasiminə aparacaq tramvayı gözləyərkən hücuma məruz qalmışdı.

















.jpeg)



.jpg)




























