Suraxanı rayonunda su xəttindəki qəza aradan qaldırılıb.
Bu barədə "Unikal"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 mm olan içməli su xəttində baş vermiş qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi əməkdaşlar əraziyə cəlb olunublar və qəza dərhal aradan qaldırılıb. Görülən işlər zamanı su təminatında fasilə yaranmayıb.











































