Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralın 24-də başlayan müharibə hələ də davam edir. Son olaraq rus ordusu Kiyevə ən böyük hücum həyata keçirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko Rusiya təyyarələrinin şəhərə endirdiyi zərbə nəticəsində həlak olanların sayını açıqlayıb.  Onun sözlərinə görə, 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. 

Rusiyanın hücumundan sonra Kiyevdə 20-dən çox yerdə dağıntı qeydə alınıb. 

Bir zamanlar zəngin tarixi, geniş yaşıl parkları və qədim kilsələri ilə məşhur olan Kiyevin son görüntülərini təqdim edirik. 

Gülayə Mecid