İngiltərə millisinin futbolçusu Cud Bellinqem dünya çempionatları tarixinə düşüb.
"Unikal" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsinin Meksika ilə matçında meydana çıxan yarımmüdafiəçi mundiallarda 10 oyun həddinə hamıdan tez çatan ən gənc (23 yaş 6 gün) futbolçu olub. “Real Madrid”in oyunçusu bununla da 1978-ci ildə Argentina yığmasının heyətində Polşaya qarşı keçirilən görüşdə 10-cu dünya çempionatı matçına çıxan Mario Kempesə (23 yaş 334 gün) məxsus rekordu yeniləyib.
Qeyd edək ki, Meksika üzərində 3:2 hesablı qələbə qazanan İngiltərə millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib.































.jpg)














.jpg)




