Portuqaliyalı hücumçu Kriştiano Ronaldo İspaniya ilə Dünya Kubokunun 1/8 final matçından əvvəl keçirilən mətbuat konfransında Argentina millisinin hücumçusu Lionel Messi ilə rəqabətindən danışıb.

"Unikal" xəbər verir ki, o, sətiraltı ifadələrlə Messinin onu sevmədiyini deyib:

"Həmişə səni sevən insanlar olur. Mən adi işçilərlə birlikdə otellərdə yaşayıram və bunlar güclü xatirələrdir. Dünən təyyarədə argentinalı stüardessa var idi. Ona dedim ki, "Mənə baxmağından bilirdim ki, argentinalısan". Əgər Ronaldodan tez bir zamanda gözlərini çəksən, bu, onu sevmədiyini göstərir".