ABŞ prezidenti Donald Tramp Türkiyədə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlərindən sonra Rusiya lideri Vladimir Putinlə də əlaqə saxlamaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vaşinqtondakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ və Ukrayna prezidentləri arasında görüş 8 iyul çərşənbə günü keçiriləcək. Siyasətçilər Ukraynadakı döyüşlərə son qoymağın yollarını müzakirə edəcəklər.
ABŞ rəsmisi cəbhə xəttindəki vəziyyəti təsvir edərkən bildirib ki, "Son bir neçə ay ərzində döyüş meydanı açıq-aydın durğunlaşıb və heç bir tərəf əhəmiyyətli irəliləyiş əldə etməyib".
O əlavə edib ki, ABŞ lideri bu vəziyyətə son qoymağın vacib olduğunu düşünür.










.jpg)





.jpg)
.jpg)



.jpg)





.jpg)





























