Polşa Azadlıq və Rifah İndeksində ABŞ-ni ötüb keçib. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bunu "Informal Economy" jurnalının araşdırmasına istinadən açıqlayıb. Onun sözlərinə görə, ilk onluğa yalnız Avropa ölkələri daxildir.

"Əgər müəllif nüfuzlu Amerika qurumu olmasaydı, mən şübhə ilə yanaşardım. Amma ilk onluq yalnız Avropa ölkələridir. Sivilizasiya intiharı ilə bağlı daim proqnozlaşdırılan bir qitə üçün pis deyil", - deyə Sikorski qeyd edib.

Polşa reytinqdə 35-ci, ABŞ-dan sonra (36-cı) gəlir.

Qazaxıstan 47-ci, Ukrayna 59-cu, Rusiya 62-ci və Türkiyə 70-ci yerdədir.