Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində şəhid olmuş İsgəndərov Şəmsəddin Cəfər oğlunun ailəsinə ağır itki üz verib. Şəhidin oğlu və iki nəvəsi Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında baş vermiş faciə nəticəsində həyatlarını itiriblər.
"Unikal" xəbər verir ki, hadisə zamanı 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu, onun övladları – 2008-ci il təvəllüdlü İsgəndərli Tunar Şərif oğlu və 2009-cu il təvəllüdlü İsgəndərli Fidan Şərif qızı həlak olublar.
Hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bu gün keçirilən dəfn mərasimində ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak edərək onları son mənzilə böyük hüznlə yola salıblar.





































.jpeg)


















