ABŞ yaxın vaxtlarda Marsa pilotlu uçuş həyata keçirə biləcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"Biz çox yaxın zamanda Marsa gedəcəyik", - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha sonra isə Marsa uçuş reallaşdırılacaq.
"Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik. Sonra isə Marsa yollanacağıq", - deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb.





























.jpeg)

























