ABŞ Prezidenti Donald Tramp 2025-ci il maliyyə hesabatında Birinci Xanım haqqında və Amazon MGM Studios tərəfindən istehsal olunmuş "Melaniya" sənədli filminin lisenziya haqlarından 10,71 milyon dollar gəlir əldə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, əvvəllər dərc olunmuş məlumata görə, Amazon MGM Studios film hüquqları üçün təxminən 40 milyon dollar ödəyib və əlavə olaraq 35 milyon dollar tanıtım xərclərinə xərcləyib. Film Prime Video-da yayımlanmadan əvvəl dünya miqyasında təxminən 16,6 milyon dollar gəlir əldə edib.
Hesabatda, həmçinin, prezidentin ailəsi üçün əlavə gəlir də yer alır: Melaniya Trampın xatirələrinin hüquqları üçün 521.000 dollardan çox və Birinci Xanımla əlaqəli NFT-lərin və digər rəqəmsal kolleksiyaların satışından təxminən 6 milyon dollar.

































.jpeg)






















