ABŞ-də qocalar evində gecə yarısına qədər əyləncələr təşkil edən 96 yaşlı qadın sığınacaqdan atılmaq üzrədir.
"Unikal" xəbər verir ki, Lillian Dronyak adlı qadın tez-tez dostlarını dəvət etdiyinə görə yaşayış icazəsinin ləğv edilmək təhlükəsi ilə üzləşib
Sosial şəbəkədə "Nənə Dronyak" adı ilə qeydiyyatdan keçmiş qadının "TikTok"da 15 milyon izləyicisi var.
O, qocalar evindən qovulacağını da sosial media hesabına bildirib.
"Məni bu qocalar evindən qovmaq üzrədirlər. Mənə məktub göndərdilər ki, əgər əyləncələr təşkil etməyi dayandırmasam, getməli olacağam. İstədiyimi edə bilərəm. Burada yaşamaq üçün ayda 12 000 dollar ödəyirəm. İstəsəm yenə də əyləncələr təşkil edə bilərəm", - deyə o əylənməyi sevdiyini qeyd edib.






.jpg)




.jpg)


































.jpeg)









