Döyüş meydanında göstərdiyi igidliyə, qəhrəmanlığa görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsində xoş gündür.
"Unikal" xəbər verir ki, qəhrəman şəhidimizin bacısı Nəsibova Rəqsanə Vasif qızının nişan mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid bacısının nişan mərasimində iştirak edib, bu xoş gündə onun və ailəsinin yanında olub. İcra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin atası Vasif Nəsibova, eləcə də bəyin atasına gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını səsləndirib. Şəhid bacısının nişan mərasimində iştirak edənlərə razılığını ifadə edib. İcra başçısı şəhidimizin bacısını və bəyi ailə həyatı qurması, nişan günü münasibətilə təbrik edib, onlara yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Özümə borc bildim ki, sizlərin kədərli günündə olduğu kimi, xoş gününüzdə də yanınızda olum. Sizlər tək deyilsiniz, sizlərin arxasında dövlət dayanır. Nə qədər Azərbaycan xalqı və dövləti var şəhidlərimizin ailəsi hər zaman əziz tutulacaq”, - deyən rayon rəhbəri bir daha səmimi təbriklərini çatdırıb.
Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.





.jpg)




.jpg)



































.jpeg)









