Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 41 yaşlı hücumçusu Kriştiano Ronaldo karyerasının sonuncu Dünya Kubokunda iştirak etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, xarici KİV-ə açıqlayıb.
"Bəli, bu Dünya Kuboku karyeramın sonuncusudur. Sadəcə hər andan zövq almaq lazımdır. Nəticədə, oyunumuzu sevən insanlar var və biz onlara xüsusi anlar bəxş edə bilərik. Gözəl xatirələr olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Portuqaliya 6 iyulda Dünya Kubokunun 1/8 final mərhələsində Avropa çempionu İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ağarza Elçinoğlu




















.jpg)














.jpg)




.jpg)





.jpg)
.jpg)



