PSJ-nin 19 yaşlı qapıçısı Renato Marin karyerasını Portuqaliyanın "Nasonal" klubunda davam etdirəcək.
"Unikal" xəbər verir ki, Paris təmsilçisinin yaydığı məlumata görə, italiyalı qolkiper bir mövsümlük icarəyə verilib. Müqavilədə futbolçunun satınalma hüququ nəzərdə tutulmayıb.
Qeyd edək ki, PSJ Marini ötən yay "Roma"dan azad agent kimi transfer edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.













.jpeg)



.jpg)
































