Avropa İttifaqı Ukraynaya əlavə maliyyə dəstəyi ayıracaq və bu vəsait pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsinə yönəldiləcək.

"Unikal" xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O xatırladıb ki, Avropa İttifaqı daha əvvəl də Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə maliyyə dəstəyi ayırıb. Avropa Komissiyasının Prezidenti əlavə edib ki, yaxın vaxtlarda yeni maliyyə paketləri də təqdim olunacaq.