Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin yaxınlığında iki partlayış baş verib. Partlayışların Fransa prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında baş verdiyi qeyd olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi SANA məlumat yayıb. 

Yerli media partlayışların hotelin ətrafına yerləşdirilmiş bir sıra partlayıcı maddələrdən qaynaqlandığını bildirib. Hələlik itkilər və ya dəyən ziyanın miqyası ilə bağlı rəsmi açıqlama verilməyib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Makron, yeni hökumət hakimiyyətə gələndən bəri Suriyaya səfər edən Qərbi Avropa ölkəsindən ilk dövlət başçısıdır.

Gülayə Mecid