"Təhdidlər davam etdiyi müddətcə ABŞ ilə yekun razılaşma üzrə danışıqlara başlamaq mümkün deyil".

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

"Anlaşma memorandumunun 13-cü bəndi çox aydındır: təhdidlər davam etdiyi müddətcə yekun razılaşma üzrə danışıqlar başlamayacaq. Öhdəliklərinizi yerinə yetirin", - deyə o, sosial mediada yazıb.

"Əl-Hədəs" qəzeti əvvəllər ABŞ və İran arasında yeni danışıqların iyulun 11-də Pakistanda keçiriləcəyini bildirmişdi. 

Gülayə Mecid