İran ordusu bazar ertəsi axşamı Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə "Axios" iki ABŞ rəsmisinə istinadən yazıb. 

Portalın mənbələrinə görə, iki ticarət gəmisinə ciddi ziyan dəyib, lakin itki olmayıb.

Nəşr qeyd edir ki, Tehranın zərbələri üç həftədən az əvvəl imzalanmış və İranın Hörmüz boğazında hücumları dayandırmağa razılaşdığı anlaşma memorandumunu pozur. 

"Axios"un fikrincə, ABŞ, çox güman ki, İran hədəflərinə qarşı cavab zərbələri endirəcək.