Ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, iyulun 7-si saat 9:00-a olan məlumatına əsasən yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.