Belarus Dövlət Sirkinin gimnastları Elina Zelenova və Qleb Kazlenko Bakıda qastrol səfərindən sonra, Qubanın qədim Xınalıq kəndinə gediblər.
"Unikal" xəbər verir ki, Qleb Kazlenko Azərbaycana səyahəti ilə bağlı təəssüratlarını bölüşüb.
"Biz qədim Xınalıq kəndinə getdik. Həqiqətən də çox xoşumuza gəldi. Paytaxtda deyil, dağlarda həyat tərzini görmək istəyirdik. Orada olan insanlar da çox mehriban və nəzakətlidirlər. Bizi səmimi qarşıladılar və hətta təxminən 10 yaşlı iki oğlan bizə bələdçilik etdi. Yeri gəlmişkən, onlar çox savadlı idilər və bizimlə ingilis dilində danışırdılar. Bu, çox xoş bir sürpriz oldu", - deyə o qeyd edib.
Belarusdan olan cütlük nişanlıdır. Onların toyu Bakıya qastrol səfərinə görə avqust ayına təxirə salınıb.
Ağarza Elçinoğlu


















.jpg)








.jpeg)


























