Fransa prezidenti Emmanuel Makron Suriyaya səfəri zamanı sosial mediada Suriya xalqına heyranlığını bildirib.

"Unikal" xəbər verir ki, Fransa lideri Dəməşqdəki partlayışlardan sonra yazıb: "Heç nə suriyalı qadınların və suriyalıların tam suveren, təhlükəsiz, plüralist və vahid Suriyada yaşamaq istəklərini boğa bilməz".

O, Suriyanı bütün müxtəlifliyi ilə gördüyünü və yerli xalqın "ləyaqətini, cəsarətini və qətiyyətini" gördüyünü söyləyib. Makron həmçinin səfərinin davam etdiyini də açıqlayıb.