“Kəpəz” futbolçusu Camal Cəfərovla yollarını ayırıb.

Klubdan "Unikal"a bildirilib ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

O, ötən mövsüm Gəncə təmsilçisinin heyətində 13 oyun keçirib.