İslamabad Anlaşma Memorandumunun imzalanmasından iyirmi gündən az müddət sonra, 21 iyunda verilmiş ümumi lisenziyanın ləğv edilməsi barədə elan, ABŞ-ın pis niyyətliliyinin, uyğunsuzluğunun və etibarsızlığının daha bir sübutu oldu.

"Unikal" xəbər verir ki, bu barədə iran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"Bundan əlavə, son iyirmi gün ərzində ABŞ dəfələrlə və müxtəlif yollarla memorandumun müxtəlif müddəalarını həm birbaşa, həm də sionist rejimin Livana qarşı hərəkətləri ilə pozub.

18 iyunda anlaşma memorandumunun imzalanmasından bəri İran İslam Respublikası bu sənəd üzrə öhdəliklərini yerinə yetirmək üçün tam və vicdanlı səylər göstərib. Lakin Amerika administrasiyası əvvəlki kimi öz öhdəliklərini pozarkən, hərəkətlərini uydurma bəhanələrlə əsaslandırmağa çalışıb.

ABŞ-ın müqaviləni pozmasının nəticələri barədə xəbərdarlıq edən İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, milli maraqlarını qorumaq və milli təhlükəsizliyi təmin etmək üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək", - deyə açıqlamada qeyd olunub.