ABŞ qüvvələri İrana qarşı bir sıra güclü zərbələr endirməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb.

Bildirilib ki, ABŞ-nin həyata keçirdiyi zərbələr İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumlarına cavab olaraq endirilir.

“İranın nümayiş etdirdiyi təcavüzkarlıq əsassız, təhlükəlidir və atəşkəsin açıq şəkildə pozulmasıdır”, – deyə açıqlamada qeyd olunur.