Fransanın ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen mənimsəmə ittihamı ilə çıxarılmış hökmə baxmayaraq, 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, məhkəmə siyasətçiyə elektron izləmə cihazı taxmağı əmr etsə də, o, sonrakı apellyasiya şikayəti ilə bu tədbirdən yayınmağa ümid edir.
57 yaşlı Le Pen, Fransanın ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsinə apellyasiya şikayəti verəcəyini açıqlayıb. O bildirib ki, bu, avtomatik olaraq bir il müddətinə elektron izləmə cihazı taxmağı tələb edən cəzanın müddətini təxirə salacaq.
"Buna görə də, mən elektron izləmə cihazı olmadan kampaniya aparacağam. Mən bu axşam prezident seçkilərində namizədəm", - Le Pen deyib.
Qeyd edək ki, Le Pen Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə ittiham olunur.





.jpg)















































.jpg)

