Türkiyə Superliqasının birinci turundan təxirə salınmış "Fənərbağça" - "Alanyaspor" matçı keçirilib.

"Unikal" xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma sülhlə başa çatıb - 2:2.

Görüşdə iki xal itirən İstanbul təmsilçisi azarkeşlərini məyus edib. Matçda hesabı qonaqlardan İbrahim Kaya açıb.

Nelson Semedo və Yusif En-Nesri fərqlənərək "Fənərbağça"nı hesabda önə keçiriblər. Buna baxmayaraq, Yusuf Özdemir son dəqiqələrdə qol vuraraq, ev sahiblərinin qələbə qazanmalarına imkan verməyib.

Qeyd edək ki, Taliska penaltidən fərqlənə bilməyib.